Bakıda fırlanan göydələn tikiləcək – VİDEO

Bakıda fırlanan göydələn tikiləcək – VİDEO
  16 Aprel 2013    Oxunub:9024
Yaxın vaxtlarda Bakıda fırlanan göydələn inşa olunacaq. Bu barədə layihənin müəllifi, italiyali arxitektor Marko Viqnali (Marco Vignali) məlumat verib.
Viqnali Bakıda bina üçün bir neçə yerə baxıb və tezliklə onlardan birini seçəcək. Onun sözlərinə görə, bina şəhərin hər yerindən görünəcək və Bakının simvollarından birinə çevriləcək.

Qeyd edək ki, bu, dünyada ikinci fırlanan göydələn olacaq. Birincisi Viqnalinin Dubayda tikdiyi 68 mərtəbəli fırlanan oteldir.

Bakıdakı bina 300 metr hündürlüyündə və 50 mərtəbədən ibarət olacaq. Hər mərtəbə əlahiddə şəkildə fırlana biləcək.

Binanın tikintisi 20 aya başa gələcək. Sifarişçi “Altes Group” şirkətidir.




Teqlər:  





Xəbər lenti