Kliniki Tibbi Mərkəzə avtoqəza ilə bağlı müraciətlərin sayı məlum olub

   Kliniki Tibbi Mərkəzə avtoqəza ilə bağlı müraciətlərin sayı məlum olub
  27 Dekabr 2023    Oxunub:1101
Bu ilin dekabr ayı üzrə avtoqəza nəticəsində Kliniki Tibbi Mərkəzə 157 müraciət daxil olub.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. O bildirib ki, müraciət edənlərin bəziləri ilkin yardım edilərək ambulator müalicə üçün evə buraxılıb, bəziləri isə ağır travma diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

"Bu ilin dekabr ayı ərzində KTM-ə 1 nəfər skuter qəzası nəticəsində müraciət edib", - deyə o, cavabda qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti