Ukrayna Rusiya ilə sərhədi bağladı

Ukrayna Rusiya ilə sərhədi bağladı
  20 İyun 2014    Oxunub:876
Ukrayna ordusu faktiki olaraq Ukrayna-Rusiya sərhədinin bağlanması üçün həyata keçirilən əməliyyatı yekunlaşdırıb.
AzVision.az Ukrayna KİV-nə istinadən məlumat verir ki, bu barədə parlamentdə çıxışı zamanı Ali Radanın sədri Aleksandr Turçinov bildirib.

“Müdafiə Nazirliyi bildirir ki, bizim Silahlı Qüvvələrimiz İzvarino yaşayış məntəqəsinə (Luqansk vilayəti) yaxınlaşıblar. Bununla da onlar sərhədin bağlanılması üzrə əməliyyat yekunlaşıb”, - deyə Turçinov bildiirb.

Qeyd edək ki. daha əvvəl Ukrayna müdafiə naziri səlahiyyətlərini icra edən Mixail Koval bəyan etmişdi ki, Ukrayna hərbçiləri və sərhədçiləri yaxın günlərdə ölkınin şərqində Rusiya ilə sərhədi nəzarət götürəcək və orada bufer zona yaradılacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti