Adnan Oktar: “İmam Mehdi İŞİD-lə gəlir” - VİDEO

Adnan Oktar: “İmam Mehdi İŞİD-lə gəlir” - VİDEO
  20 İyun 2014    Oxunub:1364
Türkiyənin A9 kanalında dini veriliş aparan Adnan Oktar dini hədislərdə İŞİD terror təşkilatı haqqında yazıldığını deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktar İŞİD-in İmam Mehdinin gəlişinə bir işarə olduğunu vurğulayıb:

“Xorasandan qara bayraqlarla çıxan İŞİD Həzrəti Mehdinin gəlişinə işarədir”.

Hədisləri təhlil edən Adnan Oktar İŞİD-in Mehdiyə tabe olacağını deyib:

“Üç əlamətdən sonra İmam Mehdinin gəlişini gözləyin. Birincisi, suriyalıların qarşılıqlı anlaşa bilməməsi, ikincisi qara bayraqların çıxmağı və üçüncü isə Ramazan ayında qorxunun yaşanmağıdır”.

Fatimə Kərimli




Teqlər:  





Xəbər lenti