Lavrov İrəvandakı 102-ci bazadan danışdı: "Rusiya ordusu əsas elementdir"
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik.
Onun orada yerləşdirilməsinə dair saziş 1995-ci il martın 16-da milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədinə əsaslanaraq bağlanıb”, - deyə nazir bildirib. Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu regionda sülhün təmin edilməsində əsas elementdir.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilir.
2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: