“Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir” - Siyavuş Novruzov

   “Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir” -    Siyavuş Novruzov
  28 Dekabr 2023    Oxunub:1050
“Nə 12-ci, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu”.
AzVision.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Müsavat TV-nin canlı efirində bildirib.

Deputatların əməkhaqlarından danışan millət vəkili əlavə edib ki, onlar hazırda təxminən 5 min manata yaxın maaş alırlar: “Bu maaş da tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsilhaqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”.

AzVision.az


Teqlər:





Xəbər lenti