Güclü küləyə 3 nəfər təcili yardıma müraciət edib, biri əməliyyat olunub

 Güclü küləyə 3 nəfər təcili yardıma müraciət edib,  biri əməliyyat olunub
  28 Dekabr 2023    Oxunub:1189
Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: "Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti