Aqil Abbas: "Qocalanda ora sığınmaq istəyirdim, arzum ürəyimdə qaldı"

      Aqil Abbas:   "Qocalanda ora sığınmaq istəyirdim, arzum ürəyimdə qaldı"
  28 Dekabr 2023    Oxunub:1065
“Nəvələrimə dedim ki, Ağdama tez-tez gəlib məzarımı ziyarət edərsiniz”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Aqil Abbas Ağdam səfərindən danışarkən deyib: “Ağdama tez-tez gedirəm. Nəvələrimi aparıb kəndlərini göstərdim. Çaşıb qalmışdılar. Deyirdilər ki, baba niyə bizi bu xarabalığa gətirib. Uşaqlar belə o boyda rayonun xarabalığa çevrilməsinə heyrətlənmişdilər. Nənələri İradə xanım onlara rayonun başına gələnlərdən danışıb izzah etdi. Nəvələrimə dedim ki, mən öləndən sonra Ağdama tez-tez gəlib məzarımı ziyarət edərsiniz”.

Millət vəkili Ağdamla bağlı arzusunu da dilə gətirib:

“Ağdamdakı evimi bərpa edib kitabxana etmək istəyirəm. Hələ 90-cı illərdə bu arzunu həyata keçirmək istəyirdim, ancaq işğal mane oldu. İstəyirdim kitabxanam olsun, qocalanda ora çəkilim və işləyim”.

Deputata Ağdamın məşhur “Çay evi”nin yenidən inşa olunmasından da danışıb.

“Həmin çay evinin zirzəmisində yeməkxana var idi, orada yenmək yeyirdik. Çayxana professor Xudu Məmmədovun təşəbbüsü ilə Çin üslubunda tikilmişdi. Hər mərtəbənin eyvanı var idi. Çıxıb Ağdamı seyr edə bilirdin. Məscidə gələn admlar da gəlib orada çay içirdi”.

A.Abbas Ağdamda qonaqlıq verməyə hazır olduğunu da deyib.

“Ağdamda qəşəng qonaqlıq verməyə hazıram. Restoranda yeyək-içək, sonra da gedib çay evində çay içək. Başqa nə arzulaya bilərəm ki?”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti