Güclü külək təhsil obyektlərinə ziyan vurub

Güclü külək təhsil obyektlərinə ziyan vurub
  28 Dekabr 2023    Oxunub:1001
Bir neçə gündür davam edən güclü külək nəticəsində şimal-qərb bölgəsinin bəzi təhsil müəssisələrinə ziyan dəyib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, güclü külək nəticəsində Qax rayonunun Ağçay kənd ümumi orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.

Qəbələ rayonunun Dızaxlı və Qax rayonunun Qaxbaş kəndlərinin uşaq bağçaları, Şəki rayonunun Bideyiz və Qax rayonunun Qaşqaçay kənd tam orta məktəblərin dam örtükləri də müəyyən dərəcədə zədələnib. Balakən rayonunun Qabaqçöl qəsəbə tam orta məktəbinin idman zalının isə pəncərəsi sınıb.

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəblərdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi, dam örtüklərinin bərpası işlərinə başlanılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti