Güclü külək məktəblərdə ciddi problemlər yaratmayıb

Güclü külək məktəblərdə ciddi problemlər yaratmayıb
  28 Dekabr 2023    Oxunub:918
Güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.
Bu barədə AzVision.az -a idarədən məlumat verilib.

Bildirilib ki, bir neçə təhsil müəssisəsinin həyətyanı sahəsində ağacların aşması halları müşahidə olunub. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülüb. Hava şəraiti davamiyyətə təsir etməyib.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

AzVision.az


Teqlər:





Xəbər lenti