ATƏT/DTİHB-nin müşahidə missiyası fəaliyyətə başladı

ATƏT/DTİHB-nin müşahidə missiyası fəaliyyətə başladı
  29 Dekabr 2023    Oxunub:1400
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb.
Bunu ATƏT/DTİHB missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müşahidə missiyasına ATƏT-ə üzv olan 9 ölkədən 11 beynəlxalq ekspert, seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir.

Missiya rəhbəri vurğulayıb ki, ATƏT indiyə qədər Azərbaycanda seçkiləri 12 dəfə müşahidə edib: “Sonuncu dəfə 2020-ci ildə keçirilmiş parlament seçkilərini müşahidə etmişik. Seçki gününə iki həftə qalmış aralıq hesabatı təqdim edəcəyik. Seçkilərdən bir gün sonra, yəni fevralın 8-də müşahidəmizin nəticələrinə əsasən mətbuat konfransı keçirəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti