Komitə 12 yaşında nişanlandırılan qızla bağlı məlumat yayıb

   Komitə 12 yaşında nişanlandırılan qızla bağlı məlumat yayıb
  29 Dekabr 2023    Oxunub:1280
Sabirabadda uşaq evliliyinə cəhd olunması ilə bağlı məlumat mediada və sosial şəbəkələrdə yaylmadan öncə rayondan daxil olan məlumat əsasında aidiyyatı qurumların əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın həmçinin Polis əməkdaşlarının və Komitənin Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə ailəyə səfər olunub.
12 yaşlı qız 32 yaşlı kişi ilə nişanlandı
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onların diqqətinə çatdırılıb:

"Yekun olaraq valideynlərdən azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasiminin baş tutmayacağına dair yazılı izahat alınıb. Bildirilib ki,əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə, Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır.

Baş verənlər qızın psixoloji durumuna mənfi təsir göstərməsin deyə Komissiyanın və mərkəzin psixoloqları onunla tez-tez görüş də, təşkil edəcəklər".

Qeyd edək ki, Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb.

AzVision.az


Teqlər:   Erkənnikah  





Xəbər lenti