İdmançılarımız bu il rekord sayda medal qazanıblar

İdmançılarımız bu il rekord sayda medal qazanıblar
  29 Dekabr 2023    Oxunub:1581
Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1472 medal qazanıblar.
Gənclər və İdman Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu, ölkə idman tarixində rekord göstəricidir.

Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.

Sərbəst güləşdə Əliabbas Rzazadə, Hacı Əliyev, qadın güləşində Mariya Stadnik, yunan-Roma güləşində Həsrət Cəfərov, Ülvü Qənizadə, bədii gimnastikada qrup hərəkətləri komandamız, cüdoda Hidayət Heydərov, Zelim Kotsoyev Avropa çempionu adını qazanıblar. Ümumilikdə isə Olimpiya idman növlərində böyüklər arasında Azərbaycan idmançıları atıcılıq, bədii gimnastika, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi və cüdo idman növlərində 8 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıblar.

Dünya çempionatında da uğurla çıxış edən Azərbaycan idmançıları Olimpiya idman növlərində 2 qızıl, 6 gümüş və 5 bürünc medal əldə ediblər. Güləşçilər Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu adını qazanıblar. Alfonso Dominges (boks), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Osman Nurməhəmmədov (sərbəst güləş), Maqomedxan Maqomedov (sərbəst güləş) gümüş medal, Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Aynur Rzayeva (boks), Məhəmməd Abdullayev (boks), Zelim Kotsoyev (cüdo) bürünc medala sahib olublar.

ll MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilən iclasında Azərbaycanın Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti