Sabirabadda 32 yaşlı kişi ilə nişanlandırılan qızcığaz danışdı: “Yaxşı olacaq” - VİDEO

   Sabirabadda 32 yaşlı kişi ilə nişanlandırılan qızcığaz danışdı:    “Yaxşı olacaq” - VİDEO
  29 Dekabr 2023    Oxunub:1526
Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı yeniyetmə danışıb.
Bu barədə görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.
12 yaşlı qız 32 yaşlı kişi ilə nişanlandı


12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq.

L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına o, “yaxşı olacaq” deyə cavab verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.

Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər.





AzVision.az


Teqlər:  





Xəbər lenti