Naftalan musiqi məktəbinin direktoruna cinayət işi açılıb

   Naftalan musiqi məktəbinin direktoruna cinayət işi açılıb
  29 Dekabr 2023    Oxunub:1181
Musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.
Goranboy rayon prokurorluğundan AzVision.az -a verilən xəbərə görə, Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti