"Əfqanıstanda milyonlarla insan aclıqdan əziyyət çəkir" - BMT

   "Əfqanıstanda milyonlarla insan aclıqdan əziyyət çəkir" -    BMT
  30 Dekabr 2023    Oxunub:1117
Əfqanıstan əhalisinin üçdə birinin ərzağa çıxışı yoxdur, nəticədə ölkədə milyonlarla insan aclıqdan əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat verilib.

Hesabatda deyilir ki, ailələr aclığın ən kəskin olduğu sərt qış aylarına - xüsusilə qar və buzla əhatə olunmuş dağlıq ərazilərdə hazır deyillər.

Təşkilat qeyd edir ki, 2023-cü ilin yanvar-noyabr aylarında BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Əfqanıstanda 18,4 milyon insana yardım edərək, 559 min tondan çox ərzaq paylayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti