"Ölkədə narkotik istifadəçilərinin sayı sürətlə artır" - Deputat
Onun sözlərinə görə, bunu statistika ilə öyrənmək mümkün olmasa da, bölgələrdən alınan məlumatlarda, seçicilərlə görüşdə, boşanmaların sayındakı artım bunu daha sübut edir:
“Narkomaniyaya qarşı mübarizə metodlarını konkret istiqamətlərdə dəyişməliyik. Ölkədə bu sahə üzrə müvafiq dövlət komissiyası fəaliyyət göstərir. Adı mübarizə olsa da, komissiyanı lazımi resurslarla təmin etməmişik. Qaynar xətt xidməti var, ancaq bu narkomana kömək etmir. Komissiyanın işi məsləhət vermək, yaxud narkotik istifadəçisini realibitasiya mərkəzinə yönləndirməkdir”.
F.Mustafa qeyd edib ki, bu kimi problemlərin qarşısı vaxtında alınmasa gələcəkdə böyük fəsadlar görüləcək.
AzVision.az
Teqlər: