Dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilə ödəniş verilib

Dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilə ödəniş verilib
  30 Dekabr 2023    Oxunub:1163
2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təmin edilib.
Bu barədə AzVision.az -a Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, icrası təmin olunan qərarlar üzrə ümumilikdə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti