Gürcü deputatların Bakıda 1 milyonluq `oyunu`

Gürcü deputatların Bakıda 1 milyonluq `oyunu`
  20 İyun 2014    Oxunub:787
“Azərbaycanda olan Gürcüstan deputatlarını buraxıblar”.
Bunu Gürcüstanın “İmedi” televiziyasına Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Səfir bildirib: “Deputatlar tutulub saxlanmamışdı və ya həbsə alınmamışdı. 4 saat çəkən daxili təhiqat aparılıb. Sonra onları buraxıblar. Onları ona görə saxlamışdılar ki, üstlərində deklarasiya olunmamış böyük məbləğdə pul olub. Azərbaycan qanunlarına uyğun araşdırma aprılıb. Sonra onları buraxıblar”.

Bundan əvvəl yayılan məlumata görə, Gürcüstan parlamentindən 2 deputatı – İrma Nadiraşvili və Zurab Caparidze iyunun 19-da Azərbaycanda saxlanıb. “Exo Kavkaza” saytı “İnterpressNews” saytına istinadla məlumat verirdi ki, deputatlar elektroşok cihazları və külli miqdarda pul keçirmək istəyiblər.

Ancaq Gürcüstanın Azərbaycandakı səfiri Şaraşenidze elektroşok cihazlardan xəbəri olmadığını, söhbətin yalnız külli miqdarda puldan getdiyini bildirmişdi.

Səfir deyib: “Biz pulun miqdarını bilmirilk. Ancaq təxminən 1 milyon dollardır”.


Teqlər:  





Xəbər lenti