Söyüşə görə dostunu bıçaqladı

   Söyüşə görə dostunu bıçaqladı
  31 Dekabr 2023    Oxunub:1683
Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub.
AzVision.az “Report”a istinadən xəbər verir ki, iki dost arasında dava qanla bitib.

Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, Q. Süleymanovun yaxınlarından aldığımız məlumata görə, bıçaqlanma söyüş üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti