Azərbaycanda ilin ilk körpəsi qız oldu - FOTOLAR

   Azərbaycanda ilin ilk körpəsi qız oldu -  FOTOLAR
  01 Yanvar 2024    Oxunub:1542
Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.

01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 sm, çəkisi 2 580 kq olub.

Doğulan uşaq ananın ilk hamiləliyi olub.

Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti