ABŞ İraqa qarşı nüvə silahından istifadə edib

ABŞ İraqa qarşı nüvə silahından istifadə edib
  20 İyun 2014    Oxunub:971
2003-cü ildə İraq müharibəsi zamanı NATO qoşunları yaşayış məntəqələrində yüngülləşdirilmiş uran silahlarından istifadə edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti Hollandiyanın qeyri-kommersiya təşkilatı “RAX”-ın hesabatına istinadən xəbər verir.

Hesabatda ilk dəfə olaraq amerika hərbçilərinin yüngülləşdirilmiş uran silahlarından istifadə etdiyi konkret yerlərin koordinatları göstərilib. “RAX” bildirir ki, ümumilikdə əs-Samave, Nəsriyyə və Bəsrə daxil olmaqla, ölkənin sıx məskunlaşdırılan rayonlarına və ya onların yaxınlığına 10 minə yaxın mərmi atılıb. Ümumilikdə İraq müharibəsi zamanı amerikalılar və onların müttəfiqləri 300 mindən çox yüngülləşdirilmiş uran silahlarından istifadə edib.

İraqda 300-dən çox yaşayış məntəqəsi radiasiyaya məruz qalıb. İndi bu ərazilərin radiasiyadan təmizlənməsi üçün 30 milyon ABŞ dolları lazımdır.

Qeyd edək ki, bu müharibə zamanı koalisiya qüvvələrinə münaqişə qurbanlarının sayını minimuma endirməli və yüngülləşdirilmiş uran silahlarından yalnız tank texnikasına qarşı tətbiq etmək barədə tapşırıq verilmişdi.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti