Buğda idxalı daha 3 il müddətinə ƏDV-dən azad edilib

   Buğda idxalı daha 3 il müddətinə ƏDV-dən azad edilib
  01 Yanvar 2024    Oxunub:1105
Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti