Anar Bağırov: “Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə problemi olmayıb”

      Anar Bağırov:    “Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə problemi olmayıb”
  01 Yanvar 2024    Oxunub:1622
“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəyan edib. “Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.

Kollegiya ilə onun arasında hər hansı isə problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”-deyə, o bildirib.

Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.


Teqlər:





Xəbər lenti