Səmayə Həşimova: "İgidlərimiz oğlum Poladın adı ilə irəli atıldılar"

    Səmayə Həşimova:    "İgidlərimiz oğlum Poladın adı ilə irəli atıldılar"
  02 Yanvar 2024    Oxunub:1683
“Polad Həşimov adı ilə irəli atılan igidlər Vətənimizi düşmən tapdağından azad etdilər”.
Bunu jurnalistlərə açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun 49-cu doğum günündə məzarı başında bildirib.

Şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Onun sözlərinə görə, Azərbaycanın düşmən üzərindəki qələbəsi şəhidlərin qanı, canı bahasına əldə edilib:

“Bizim igidlər oğlum Polad Həşimov adı ilə irəli atılıb, torpaqlarımızı mənfur düşməndən azad etdilər. Bunun üçün ancaq onlara təşəkkür düşür. Hər birimiz işğal altında olan torpaqlarımızı almışıq deyəndə ürəyimizdən birinci şəhidlərin məzarı üzərindəki bayraq keçməlidir. Çünki o bayraqların üstündəki qırmızı rəng şəhidlərimizin qanıdır”.
AzVision.az



Teqlər:   Pola-Həşimov   General  





Xəbər lenti