Gəncə sakinindən bir ədəd avtomat götürülüb

Gəncə sakinindən bir ədəd avtomat götürülüb
  03 Yanvar 2024    Oxunub:1069
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb.
DİN-dən AzVision.az -a verilən xəbərə görə, onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.


Araşdırma aparılır.

AzVision.az





Teqlər:





Xəbər lenti