Neftçalada 27 yaşlı oğlan intihar edib

   Neftçalada 27 yaşlı oğlan intihar edib
  03 Yanvar 2024    Oxunub:1298
Neftçala rayonunda intihar hadisəsi olub.
Hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.(Report)


Teqlər:





Xəbər lenti