"Eyvandan yıxılan yeniyetməyə ilə bağlı araşdırma aparılır" - TƏBİB

 "Eyvandan yıxılan yeniyetməyə ilə bağlı araşdırma aparılır" -    TƏBİB
  04 Yanvar 2024    Oxunub:1323
Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək:

"Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkə platformalarında dünən yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti