Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
  04 Yanvar 2024    Oxunub:1353
Hava şəraiti ilə əlaqədar yanvarın 5-də bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, yanvarın 5-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti