Azərbaycanda tələbə qızılcadan vəfat edib

   Azərbaycanda tələbə qızılcadan vəfat edib
  04 Yanvar 2024    Oxunub:1742
Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kurs tələbəsi, Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
AzVision.az xəbər verir ki, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

AzVision.az


Teqlər:





Xəbər lenti