SOCAR 107 nəfərə `yox` dedi
KHTM və QRTM-ə qəbul olunmaq üçün 1357 nəfər müraciət edib. Müsabiqənin I turunda namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğun gəlməsi yoxlanılıb. Müsabiqənin şərtlərinə uyğun gələn 1250 nəfər namizədin müraciəti təsdiqlənib, 107 nəfər iddiaçı isə müsabiqədən kənarlaşdırılıb. KHTM və QRTM-ə 16 ixtisas üzrə 257 nəfərin qəbul edilməsi nəzərdə tutulub. KHTN və QRTM-də bütün ixtisaslar üzrə bir yer üçün müraciət edənlərin sayı ən azı 2 nəfər olub. Karotajçı, kimyəvi analiz laborantı, neft və qaz hasilatı üzrə operator ixtisaslarında isə hər yerə 13-14 nəfər iddia edir.
23, 24, 25 iyun tarixlərində KHTM və QRTM-də müsabiqənin II turu - müsahibələr, daha sonra test imtahanı keçiriləcək.