Axtarışda olan 404 nəfər sərhəddə saxlanıldı

   Axtarışda olan 404 nəfər sərhəddə saxlanıldı
  05 Yanvar 2024    Oxunub:1476
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər 2023-cü ilin dekabr ayında sərhəddə saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 419 nəfərin Azərbaycanı tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti