Göyçay sakinindən qanunsuz odlu silah götürülüb

   Göyçay sakinindən qanunsuz odlu silah götürülüb
  05 Yanvar 2024    Oxunub:1225
Qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti