Pilləkəndə "Prius" sürən şəxs həbs edilib - FOTO

   Pilləkəndə "Prius" sürən şəxs həbs edilib -    FOTO
  06 Yanvar 2024    Oxunub:1431
Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bakı şəhər BPİ DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildirilib ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti