Lənkəranda yol qəzası zamanı 3 nəfər xəsarət alıb

   Lənkəranda yol qəzası zamanı 3 nəfər xəsarət alıb
  06 Yanvar 2024    Oxunub:1485
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Ələt - Astara magistralında Lənkəran rayonu ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili "Ford" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri 2004 - cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti