Qəbələdə maşın ağaca çırpılıb: ölən və yaralananlar var

Qəbələdə maşın ağaca çırpılıb:    ölən və yaralananlar var
  06 Yanvar 2024    Oxunub:1783
Yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin - 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti