Avtomobilin şüşəsini sındırıb salonunu yandırdı

   Avtomobilin şüşəsini sındırıb salonunu yandırdı
  07 Yanvar 2024    Oxunub:1055
Yanvarın 4-nə keçən gecə Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrinin sındırılması, salonunun isə yandırılması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti