Gömrük postlarında neçə yük maşını gözləyir?
Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində ümumilikdə 100 ədəd yük maşını gözləyir. Belə ki, “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40, “Xanoba” gömrük postunda isə 6 yük maşını gözləmədədir.
Bildirilib ki, gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
AzVision.az
Teqlər: