Rza Zərrab: “Yoldaşımın yanında mənə söz atdılar”

Rza Zərrab: “Yoldaşımın yanında mənə söz atdılar”
  21 İyun 2014    Oxunub:1089
Türkiyəli iş adamı Rza Zərrab bir qrup tələbənin döyülməsində ittiham olunaraq polisə çağırılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrab hadisə ilə bağlı 3 saata yaxın dindiriılib.

R.Zərrab daha sonra təbələrlə arasında bar verən hadisə barədə qısa açıqlama verib. Bildirib ki, tələbələrin ona “Oğru var” deyə söz atması xoşuna gəlməyib:

“İstirahət üçün şəhərdən uzaq bir yerə getdik. Oradakı tələbələlər bizi tanıdı və həyat yoldaşım, uşağım, sənətçi dostlarımın yanında mənə söz atdılar. Davamlı olaraq “Oğru var” deyə qışqırmaları xoşuma gəlmədi. Sahilə çıxanda onlara xəbərdarlıq etmək istədim və xırda mübahisə oldu. Üzgünəm və şikayətçi deyiləm. Bunlara ehtiyac yox idi”.

Qeyd edək ki, Bodrumda baş verən hadisə zamanı tələbələr iş adamı Rza Zərraba “Bu yaxtanı hansı pulla almısan?”, “Oğru var” deyə söz atıblar. Tələbələr həmin günün axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüblər. Şahidlər tələbələri döyən şəxslərin Rza Zərrabın mühafizəçiləri olduğunu iddia edirlər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti