Penitensiar Xidmətin sabiq əməkdaşı metroda qəfildən öldü - Foto

    Penitensiar Xidmətin sabiq əməkdaşı metroda qəfildən öldü -    Foto
  07 Yanvar 2024    Oxunub:1465
Bakı metrosunda ölüm hadisəsi baş verib.
AzVision.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında metronun İnşaatçılar stansiyasında qeydə alınıb.

Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib.

Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib.

Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" hotelinin direktoru vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti