Oğlu 74 yaşlı kişini qətlə yetirdi

   Oğlu 74 yaşlı kişini qətlə yetirdi
  08 Yanvar 2024    Oxunub:834
Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti