Bayram günlərində milli parklara 5000 turist səfər edib

Bayram günlərində milli parklara 5000 turist səfər edib
  08 Yanvar 2024    Oxunub:979
2024 -cü "Yaşıl dünya naminə həmrəylik" ilinin ilk bayram günlərində Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib.
EkologiyavəTəbiiSərvətlərNazirliyindən AzVision.az -a verilən məlumata görə, ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır.

Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti