Şimali Koreya lideri yumurta istehsalını artırmağı əmr edib

   Şimali Koreya lideri yumurta istehsalını artırmağı əmr edib
  08 Yanvar 2024    Oxunub:1760
Şimali Koreya lideri Kim Çen In yeni quşçuluq təsərrüfatına səfəri zamanı quş əti və toyuq yumurtası istehsalının artırılmasına göstəriş verib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında məlumat verilib. “İnsanları daha çox toyuq əti və yumurta ilə təmin etmək üçün istehsal gücünü daim artırmaq lazımdır”, - nəşr KXDR liderinin sözlərindən sitat gətirir.

Agentliyin məlumatına görə, Şimali Koreya lideri bu barədə yanvarın 7-də Qvançon toyuq fabrikinə səfəri zamanı bildirib. Kim Çen In ət və yumurta istehsalının müasir səviyyəsindən və onun avtomatlaşdırılmasından məmnun olduğunu bildirib, həmçinin yeni fabrikdən nümunə götürərək digər təsərrüfatların da modernləşdirilməsinə çağırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti