Perinatal Mərkəzdə yanğın, bir nəfər zəhərlənib - TƏBİB rəhbərliyi hadisə yerində

      Perinatal Mərkəzdə yanğın, bir nəfər zəhərlənib    - TƏBİB rəhbərliyi hadisə yerində
  09 Yanvar 2024    Oxunub:1557
09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.
Perinatal Mərkəzdə yanğının təfərrüatları məlum olub - FOTOLAR+VİDEO
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub.

Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.

Yenidoğulmuşlar, hamilə və zahı qadınlar təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə olunur. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadınların) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:   TƏBİB   Yanğın  





Xəbər lenti