Binəqədidə qaz kəsiləcək

   Binəqədidə qaz kəsiləcək
  09 Yanvar 2024    Oxunub:985
Bakının Binəqədi rayonunda qaz təchizatı kəsiləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də, yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti