Mərkəzdəki yanğında tüstüdən zəhərlənən iki nəfər evə buraxılıb - YENİLƏNİB

 Mərkəzdəki yanğında tüstüdən zəhərlənən iki nəfər evə buraxılıb -  YENİLƏNİB
  09 Yanvar 2024    Oxunub:1247
Respublika Perinatal Mərkəzində baş verən yanğında tüstüdən zəhərlənən 3 nəfərdən 2-si evə buraxılıb.
Bu barədə AzVision.az-a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"KTM-in Toksikologiya şöbəsinə 2 qadın və bir kişi gətirilmişdi. Hazırda bir nəfərin müalicəsi davam edir, vəziyyəti stabildir".

***
Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Perinatal Mərkəzdəki yanğında 4 körpə ölüb
AzVision.az xəbər verir ki, bu barədə bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında qeyd edilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

AzVision.az


Teqlər:   TƏBİB   Yanğın  





Xəbər lenti