Ötən il rekord sayda şəxs işlə təmin olunub

Ötən il rekord sayda şəxs işlə təmin olunub
  09 Yanvar 2024    Oxunub:1277
2023-cü ildə rekord sayda-118.398 şəxs işlə təmin olunub. Onlardan 5628 nəfəri haqqı ödənilən ictimai işlərə cəlb edilib.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib. O qeyd edib ki 1198 nəfər sosial iş yerlərinə birgə maliyyələşmə üzrə qəbul olunub.

"Kvtoa üzrə işlə təmin olunanlar 2751 nəfər, özünəməşğulluq proqramına cəlb edilənlərin sayı 17362 nəfər olub. Ötən il 8370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib".

M.Abbasbəyli qeyd edib ki, ötən il peşə hazırlığı kurslarını bitirənlərin 81 faizi işlə təmin olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti