Qeyri-fəal şəxslərin əmək bazarına cəlbi ilə bağlı təkliflər hazırlanır

Qeyri-fəal şəxslərin əmək bazarına cəlbi ilə bağlı təkliflər hazırlanır
  09 Yanvar 2024    Oxunub:928
Azərbaycanda qeyri-fəal əhali qruplarının əmək bazarına cəlb olunması ilə bağlı təkliflər hazırlanır.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əmək bazarının araşdırılması, bu sahədə beynəlxalq təcrübənin müqayisəli təhlili üzrə 20-dən çox istiqamət üzrə araşdırma edilib və təhlil hazırlanıb:

"Fərdi Günəş Enerjisi ilə bağlı özünüməşğulluq zərfinin araşdırması aparılır. Eyni zamanda işaxtarmayan (həvəsdən düşmüş) işsiz şəxslərin əmək bazarına qaytarılması istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur. Həmçinin işəgötürülmədə maneələr və işdənçıxarma ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və məşğulluğun davamlılığının təmin edilməsinə dair təkliflər də hazırlanır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti