Perinatal Mərkəzindəki yanğının təfərrüatları məlum oldu
“Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Lakin təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.
Kamran Əliyev əlavə edib ki, ilkin ehtimallara görə, yanğın elektrik mənşəlidir: “Orada elektrik aparatları olub. Küvəz aparatları elektriklə işləyir. Güman edirik ki, onların qoşulmasında, istifadəsində, istismarında müəyyən pozuntular olub. Ümumiyyətlə yanğın təıhlükəsizliyinin pozulması hallarının ilkin əlamətlərini görürük”.
AzVision.az
Teqlər: