Ərdoğan Ollandla Qarabağı müzakirə etdi

Ərdoğan Ollandla Qarabağı müzakirə etdi
  21 İyun 2014    Oxunub:906
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Fransua Ollandla görüşüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Ollandla Paris görüşü zamanı Azərbaycanla bağlı bəzi müzakirələr aparıb. Danışıqlarda Azərbaycan qazının Avropaya nəqli məsələsi ətrafında fikir bildirilib.

Belə ki, dövlət rəsmiləri Azərbaycan qazını Avropaya daşıyacaq Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsi barədə danışıblar. Tərəflər bu layihədə Türkiyənin rolunu diqqətə çatdırıblar.

Eyni zamanda iki lider İraq və Suriyada yaşanan son hadisələri, eləcə də Krım və Qarabağ münaqişəsinə dair fikir mübadilələri aparıblar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti